AFFA-dan şok qərar

 

37

AFFA dünən “Park Bulvar”da yeni “Fan-şop”un açılış mərasimini keçirdi. Qurumun rəhbəri Rövnəq Abdullayevin də açılışına qatıldığı “Fan-şop”da milli komandamızın yeni formaları satışa çıxarıldı. Bu formaları yığmamızın futbolçuları AVRO-2016-nın seçmə mərhələsinin oyunlarında geyinəcək.

Formaların qiyməti sözün əsl mənasında insanın gözlərini qamaşdırır. Belə ki, AFFA bir dəst milli formaya 187 manat qiymət qoyub. Futbolklar 99, şortlar 69, getrlər isə 19 manata satılacaq.
Dünya təcrübəsinə baxsaq, bu heç də böyük rəqəm deyil. Avropa və dünyanın əksər yığmalarının orjinal formaları bundan daha baha qiymətə satılır. Amma Azərbaycan rellağında bu kifayət qədər fantastik rəqəm hesab olunur. Aylıq gəliri 200-300 manat olan azərbaycanlı azarkeş 187 manatı formaya versə, bir ay ərzində necə yayaşmalıdı?
Yaxşı deyiblər, “acın toxdan nə xəbəri”. AFFA rəhbərliyi üçün 187 manat pul deyil. Amma kasıb azərbaycanlı azarkeş bu məbləği tapıb, milli formanı əyninə geyinə bilməyəcək. AFFA bir daha göstərdi ki, milli komanda azarkeşlərin deyil.
Piasport.az