Ağ düyü ixracı qadağan olundu

Dünyada düyü ixracının 40%-ni təşkil edən Hindistanın hakimiyyət orqanları “Basmati” istisna olmaqla, bu məhsulun təmizlənmiş sortlarının ixracına qadağa qoyub.
Bu barədə ölkənin İstehlakçı Məsələləri və Ərzaq Paylanması Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qadağan olunmuş düyü sortları Hindistan məhsulunun ixracının 25%-ni təşkil edir. Vurğulanıb ki, buna səbəb Hindistan bazarını ağ düyü sortları ilə lazımi həcmdə təmin etmək, həmçinin daxili bazarda qiymət artımını yumşaltmaqdır.
Hindistan hakimiyyəti bu cür dinamikanı geosiyasi risklər fonunda dünya bazarında məhsulun yüksək qiymətləri, El Nino təbiət hadisəsinin güclənməsi və istehsalçı ölkələrdə ekstremal hava şəraiti ilə izah edib.