Ağ Ev: Bayden-Putin görüşü hər şeyi həll etməyəcək

Rusiya və ABŞ prezidentlərinin Cenevrə görüşünün iki ölkə arasındakı bütün problemləri həll edəcəyini düşünmürük.

XALQ.AZ xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Cen Psaki deyib.

O bildirib ki, bu görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi imkanıdır:

“Çətin danışıqların olduğunu düşünürük”.

Qeyd edək ki, Vladimir Putin və Co Bayden Cenevrdə iyunun 16-da bir araya gələcək.