Ağ Evdən qorxunc proqnoz: “Ölkədə 200 min insan ölə bilər”

Koronavirus pandemiyası nəticəsində ABŞ-da 200 minə qədər insan ölə bilər.

TASS-ın məlumatına görə, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Debora Birks danışıb.

Birks sözügedən fikri Nyu-York rəhbərliyindən əldə edilmiş məlumatlar əsasında səsləndirdiyini bildirib.

Son məlumatlara görə, ABŞ-da 188 mindən artıq COVID-19-a yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 4000 nəfəri keçib.