media-usaq1
Amerikalı milyarder İlon Maskın dörd yaşlı oğlu X sosial şəbəkələrin ulduzuna çevrilib.XALQ. AZ xəbər verir ki, Mask bir çox rəsmi tədbirlərə olduğu kimi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransına da oğlunu aparıb.

Konfrans zamanı X jurnalistlərin diqqətini özünə cəlb edib. Belə ki, o, tədbirin əvvəlində atasının çiynində əyləşərək ətrafda baş verənləri izləyib. Bir müddət sonra bezən uşağın üz ifadələri marağa səbəb olub. O, gah yerdə əyləşib, gah Trampın masasına söykənib, gah da atasının etdiyi hərəkətləri təkrar edib.

Onun bu görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və maraqla qarşılanıb. Bununla belə, Maskın övladını rəsmi tədbirə aparması bir çox istifadəçilər tərəfindən tənqid də olunub

media-gjjntu4wiaa-xdv media-gjixybxxiaagayb media-gjjcv_qayaak-fm media-usaq media-gjiv2p5xuaacbz5 media-gjiv_gtw4aappfp media-usaq1


media-ads-728x90

Bənzər xəbərlər