Tramp Ukraynada müharibəni dayandıracaq?
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.
XALQ.AZ məlumat verir ki,bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, söhbət təxminən bir saat yarım davam edib:
“Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Trampı Moskvaya dəvət edib”.
Peskov bildirib ki, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər.
“Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar”.
Peskov bildirib ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər, Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib.
Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib.
“Putin Trampa Amerika rəsmilərini Rusiya Federasiyasında, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib”, – Kremlin sözçüsü vurğulayıb./APA