“Ağ Yol”yeni kampaniyaya başladı

48

 

“Ağ Yol” Vətəndaş Hərəkatı yeni sosial kampaniyaya start verir.

AZADİNFORM xəbər verir ki, “Smart Telefonunu Sosiallaşdır!” adı ilə başlanan kampaniya smartfon telefon istifadəçilərini aktiv əməkdaşlığa dəvət edir. Smart telefonlar bir çox özəlliklərə sahibdir. Ancaq biz bunun nə qədərini istifadə edirik? Təkcə mesaj yazmaq, zəng etmək və sosial şəbəkələrdən özəl istifadə? Smart telefonlarımızı istifadə edərək sosial şəbəkələrdə niyə də daha çox sosiallaşmayaq ki?

Sosial şəbəkə istifadəçiləri eyni zamanda smartfon istifadəçiləridir. “Ağ Yol” Vətəndaş Hərəkatı da bunu nəzərə alaraq, cəmiyyəti insanların gözü ilə göstərməyin daha səmərəli olacağını hesab edir. Smartfon və sosial şəbəkələrin birgə fəaliyyəti olduğumuz zamandan və məkandan asılı olmayaraq, şahidi olduğumuz hadisələr, təəccüblü və gülməli olayları, maraqlı əhvalatları görüntüyə alaq və sürətlə yüz minlərlə insana çatdıraq.

Qəza hadisəsi gördüz? – Smartfonunuzu götürün və çəkin!

Cibgirlik hadisəsinə şahid olduz? – Smartfonunuzu götürün və çəkin!

Metroda kiminsə ürəyi getdi? – Smartfonunuzu götürün və çəkin!

Piyadanı maşın vurdu? – smartfonunuzu götürün və çəkin!

Svetafor işləmir və tıxac yaranır? – Smartfonunuzu götürün və çəkin!

Avtoşlar avtoxuliqanlıq edir? – Smartfonunuzu götürün və çəkin!

Küçələrdə gülməli elanlar gördüz? – Smartfonunuzu götürün və çəkin!

Toy mərasimlərində sürpriz olaylar görürsüz? – Smartfonunuzu götürün və çəkin!

Yas mərasimlərində ayinlər düz icra edilmir? – Smartfonunuzu götürün və çəkin!

Həyatın istənilən sahəsində maraq yarada biləcək hadisələri smart telefonunuzla qeydə alın və “Ağ Yol”a göndərin. Şəkillər üçün məhdudiyyət yoxdur. Video-görüntülərin isə 3 dəqiqədən çox olmaması tövsiyə edilir. Maraqlı zəncirvari hadisələr baş verirsə və çəkilən videolar maraqla izlənəcəksə, o zaman məhdudiyyət aradan qalxır: “Çəkdiklərinizi bizə yollayın. Göndərdiyiniz materiallar sizin müəllif hüquqlarınız (tam adınız və soyadınız qeyd olunaraq) göstərilməklə 246 minlik “Facebook” səhifəmizdə və 560 minlik “Facebook” qrupumuzda bütün Azərbaycana və dünyaya tanıdılacaq. Biz başlayırıq. Siz də bizimlə başlayın. Maraqlı foto və video-görüntülər yollayan izləyicilərimizi hədiyyələr gözləyir. Tezliklə müxtəlif müsabiqələr də təşkil ediləcək.

Çəkin, göndərin, paylaşaq – sosiallaşaq! Qoy smart telefonlarımız xalqımıza xidmət etsin!”