Ağciyər Xəstəlikləri İnstitutunda COVİD-19 testi 50 manata yoxlanılır-Video-Fotolar

Elmi Tədqiqat Ağciyər İnstitutunda öz başınalıq baş alıb gedir.

XALQ.AZ xəbər verir ki, hazırda ölkədə COVİD-19 virus ilə mübarizə gedən bir dönəmdə Elmi Tədqiqat Ağciyər İnstitutunda heç bir qaydalara əməl olunmur, sosial məsafə qorunmur, xəstələrə biganə yanaşılır və onların vəziyyətindən suiistifadə olunur, rüşvətxorluq davam edir. Heç bir növbə gözlənilimir, kim pulun tez verdi önə o keçir. Bunlar azmış kimi qiymətlərdə ciddi artım var. Bu kimi hallara etiraz edənlərə isə mühafizəçilərin fiziki təziq göstərib instutdan kənarlaşdırırlar. Rəhbərliyə belə şikayət etdikdə isə burada bu halların olmadığını bildirilər. Loru dildə desək Elmi Tədqiqat Ağciyər İnstitutunda pulunu ver işini gör qaydaları keçir.

XALQ.AZ əməkdaşı araşdırma apararaq ümümi müayinə qiymətləri təqdim edir: Rentgin – 10 AZN, Kompüter Tomaqrafiya – 70 AZN, UZİ- 30 AZN, Qeydiyyata düşmək üçün 2-5 AZN, COVİD19 testinin yoxlanılması – 50 AZN, Exo – 20 AZN, Kordioqrama – 30 AZN

Təqdim etdiyimiz videoda isə qeydiyyata düşmək üçün vətəndaşdan 5 manat pul tələb olunur. Vətəndaş isə buna etiraz edir.

XALQ.AZ