Ağdamda 5 baş iribuynuzlu heyvan tələf olub

yangin

Ağdamın Quzanlı qəsəbəsində mal-qara tələfi ilə nəticələnən yanğın baş verib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, qəsəbə vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tövlədə olan 5 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.