Ağdamda ağır qəza: 1 ölü, 6 yaralı

Qeza-3

Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, Quzanlı qəsəbəsində “VAZ-21099” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 6 nəfər ağır yaralanıb.

Belə ki, 1983-cü il təvəllüdlü Hörmət Hüseyn oğlu Sadıqov idarə etdiyi 02 BL 821 nömrə nişanlı, “VAZ 21011” markalı minik maşınla hərəkət edərkən Elşən Qarayevin yüksək sürətlə idarə etdiyi “VAZ 21099” markalı, 90 MB 974 nömrə nişanlı maşın dönməkdə olan nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində rayon sakinləri Əhməd Qəni oğlu Məmmədov, Elçin Mehdi oğlu Quliyev, Rəşad Kamil oğlu Qarayev, Elmir Bakir oğlu Qarayev və adı müəyyən olunmayan başqa bir sərnişin, həmçinin hər iki avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər. Lakin həkimlər Əhməd Məmmədovun həyatını xilas edə bilməyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.