Ağstafada Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert keçiriləcək

Müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirililəcək. Ağstafa rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirikəcək konsertdə Azərbaycanın tanınmış mədəniyyət xadimləri və populyar müğənnilər iştirak edəcəklər.

XALQ.AZ xəbə verir ki, konsert mayın 10-da saat 19.00da Agstafa Aqrar sənaye kompleksində keçiriləcək.