Ağstafada Milli Qurtuluş Günü qeyd olunur-Fotolar

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada ümumrayon tədbiri keçirilib.

XALQ.AZ xəbər verir ki,tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Bayram münasibəti ilə açıq hava şəraitində təşkil olunmuş sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar, istedadlı uşaqların çəkdikləri rəsmlər, eləcə də tarixi-mədəni eksponatlarımız nümayiş etdirilib. Tədbirdə çıxış edənlər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən geniş bəhs ediblər.

Возможно, это изображение (1 человек, стоит, памятник и на открытом воздухе)
Возможно, это изображение (4 человека, книга и на открытом воздухе)
Возможно, это изображение (5 человек и люди стоят)
Возможно, это изображение (8 человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (2 человека, люди сидят, люди стоят, дерево и на открытом воздухе)