Ağstafada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Ağstafada Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, könüllü gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ekoloji tarazlıq və ətraf mühitin qorunması məqsədi ilə təşkil olunan aksiya çərçivəsində təbii-coğrafi amillər nəzərə alınmaqla rayon ərazisində ümumilikdə 500 ədəd eldar şamı və sərv cinsindən olan ağac növləri əkilib.

Həmçinin təşkil olunan ümumrayon iməcliyində yaşıllıqlara xüsusi qulluq göstərilib.

****

Həmçinin Ağstafada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında “İfaçılıq”, uşaq və yeniyetmələr arasında “Elmi-texniki yaradıcılıq” müsabiqələrinin, eləcə də “Nə? Harada? Nə zaman?” milli intellektual oyununun və məktəblilər arasında futzal üzrə rayon birinciliklərinin qalibləri mükafatlandırılıblar.

****

Ağstafa rayonunun ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib. Tədbir iştiakçıları Ulu Öndərin keçdiyi şərəfli həyat yolu və ölkəmiz naminə göstərdiyi misilisiz xidmətlərinə dair məruzələrlə çıxış ediblər.