Akar Moskva görüşünün nəticələrini dəyərləndirdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar dünən Moskvada keçirilən Türkiyə, Suriya, Rusiya və İran müdafiə nazirlərinin görüşünün nəticələrini dəyərləndirib.

Xalq.az Modern.az -a  istinadən xəbər verir ki, o, görüşün müsbət keçdiyini bildirib:

“Biz terror bəlasından tez bir zamanda xilas olmaq, ölkəmizin, sərhədlərimizin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, bölgəyə sülh, sabitlik və əmin-amanlıq gətirmək üçün çalışırıq”.

“Hesab edirik ki, müsbət atmosferdə keçən bu görüş gələcək fəaliyyətə, regionda sülh və sabitliyə ciddi töhfələr verəcək. Suriyalı qardaş və bacılarımızın könüllü olaraq evlərinə və torpaqlarına qayıtmasını təmin etməyi hədəfləyirik”, – deyə Akar əlavə edib.

İzzət Qəriboğlu