Akif Təvəkküloğlu növbəti plenar iclasın gündəliyini açıqladı

Milli Məclisin mayın 5-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu XALQ.AZ-a bildirib ki, plenar iclasın gündəliyinə 11 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə və s qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.