Aktyor: Bilirəm, sizə kitab maraqlı deyil, şou maraqlıdır

Tanınmış aktyor Səfa Mehdi “Green card” qazanması ilə bağlı xəbərin yalan olduğunu açıqlayıb.

Aktyor bu barədə sosial şəbəkə hesabında paylaşıb.

“Yazırlar ki, Səfa Mehdi ölkəni tərk edir. Kitabım çıxanda bir nəfər də olsun, mənə dəstək olmadı. Bir nəfər məni çağırıb demədi ki, sən kitab yazmısan, bu kitabla bölgələri gəzirsən, gəl görək, bu kitaba niyə bu qədər maraq var. Heç kim yazmadı. Bilirəm, sizə kitab maraqlı deyil, şou maraqlıdır. Alın, bu da məndən sizə şou. Gördünüz, şou necə olur? Mən heç “Green card”dan qeydiyyatdan belə keçməmişəm”, – aktyor bildirib.