Ali Baş Komandan elan etdi- Bu kəndlər işğaldan azad olundu

Prezidenti İlham Əliyev daha bir neçə kəndin azad edilməsi haqda məlumat yayıb. 

XALQ.AZ xəbər verir ki, bu barədə dövlət başçısı tvitterdə məlumat yayıb:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”