Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində digər məsələlər də tezliklə həllini tapacaq

“44 günlük Vətən müharibə nəticəsində erməniləri ağır məğlubiyyətə uğratdıqdan sonra Azərbaycanın Ermənistan üzərində diplomatik qələbəsi davam etməkdədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü və prinspial diplomatik fəaliyəti nəticəsində Ermənistan tərəfi Ağdamda 100 mindək tank və piyada əleyhinə minaların xəritəsini Azərbaycana təqdim edib”.

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməs cənab  Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan diplomatiyasının siyasətinin növbəti qələbəsidir. 

“10 noyabr 2020-ci ildə  Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatın tələblərinə uyğun olaraq  İrəvan işğaldan azad etdiyi torpaqlardakı minaların xəritəsinin təqdim etməli idi. Amma İrəvən yenə də öz  terrorçuluq xislətinə uyğun olaraq minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməklə onlarla mülki insanın ölümünə və yaralanmasına  səbəb oldu. Bu eyni zamanda  Böyük qayıdışı təmin etmək məqsədi ilə işğaldan azad olunmuş ərzilərdə  yenidənqurma və bərpa işlərinin aparılmasını yubadırdı. Ancaq cənab Prezident İlham Əliyevin prinsipial mövqeyi, mükəmməl diplomatik bacarığı sayəsində bütün kəskin məsələləri həll etmək mümkün oldu. Dövlət başçısı demək olar ki, bütün beynəlxalq platformalarda Azərbaycan torpaqlarının minalanması məsələsini qaldırıb, beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə etməsini və Ermənistanı antihumanist, mizantrop siyasətindən imtina etməsini tələb edib. ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının bu məsələdə fəal iştirak etməsi və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməyə razılaşmaq məcburiyyətində qalması İlham Əliyevin növbəti böyük nailiyyətidir” – K. Bayramov qeyd edib.

Deputat əlavə edib ki, mina xəritəsinin təqdim edilməsi Ağdamda minalanmış ərazilərin qısa zamanda minalrdan təmizlənməsini və orada quruculuq işlərinin sürətlənməsinə öz töhfəsini verəcək. Çünki mina xəritəsinin olmaması həm vaxt itkisinə, həm də orada həyata keçiriləcək infrastruktur, quruculuq işlərinin aparılmasını yubatmaqla yanaşı, əlavə  milyonlarla vəsaitin xərclənməsinə səbəb olurdu. Əldə edilmiş xəritə nəticəsində ərazilər vaxt itirmədən minalardan təmizələnəcək. Bu Böyük qaydış prosesini sürətləndirəcək. Əminəm ki, cənab Ali Baş Komandanın yürütdüyü  siyasət nətiəsində digər məsələlər, o cümlədən  Ermənistanla  sərhədin delimitasiyasi və demorkasiyasi prosesi də  tezliklə  həllini tapacaq”.