Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının yeni tərkibi – SİYAHI

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 19 may tarixli qərarı ilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi təsdiq edilib.

12 nəfərdən ibarət yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Müzəffər Abusət oğlu Ağazadə – Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi

Firuzə Məmməd qızı Abbasova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor

Cavid Sədulla oğlu Abdullazadə – Ankara Universitetinin Hüquq üzrə professoru

Fərid Turab oğlu Əhmədov – ADA Universitetinin müəllimi, BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Azər Çingiz oğlu Əliyev – Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru

Məhəmməd Fəxrəddin oğlu Quluzadə – “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru

Rəşad Nadir oğlu İbadov – ADA Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru

Əsəd Abdulla oğlu Mirzəliyev – Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi

Fərhad Sabir oğlu Mirzəyev – “BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru

Sərvər Süleyman oğlu Süleymanlı – Bakı Döğvlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent

Azad Sabit oğlu Talıbov – Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru

Fuad Tarverdi oğlu Zərbiyev – “Graduate Institute of International and Development Studies”nın (Cenevrə, İsveçrə) beynəlxalq hüquq üzrə professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru.

Qeyd edək ki, Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.