Alimlərimiz Almaniyada təlim kursu keçiblər

Alim

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun biopolimerlərin və toksinlərin spektroskopiyası laboratoriyasının rəhbəri, professor Oqtay Qasımov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rasim Aslanov Almaniyanın Karlsrue şəhərində elmi ezamiyyətdə olub.

10 günlük təlim müddətində EPR cihazı həm elmi, həm də praktiki cəhətdən öyrənilib.
Təlimin sonunda Azərbaycan alimlərinə sertifikatlar təqdim olunub.

Xatırladaq ki, ezamiyyət Almaniyanın “Bruker Biospin” şirkəti, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı və “Yeni nəsil texnologiyalar üçün spin-polyarlaşmış və spin- nişanlanmış sistemlər” pilot layihəsi çərçivəsində maliyyələşdirilib.