AMEA-da Dövlət Bayrağı günü qeyd olunmuşdur

 

59

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan bu ali təhsil ocağının direktoru, professor İlham Məmmədzadə Bayraq Gününün əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Bayrağının ucaldılması mühüm əhəmiyyətli bir gündür. Suverenlik və Bayraq bir-biri ilə bağlı, bir-birindən ayrılmaz hadisələrdir. Ona görə də biz bu günü xatırlamaqla suverenliyimizə olan böyük ehtiramımızı nümayiş etdiririk.
Professor İ.Məmmədzadə müasir dövrdə milli Bayrağımıza olan ehtiram və diqqətdən, eyni zamanda müstəqil Azərbaycan dövlətinin suverenliyinin möhkəmlənməsində milli qürur mənbəyimiz olan dövlət bayrağının əhəmiyyətindən söz açmışdır.
Ümummilli lider Heydər Əliyevin tarixi fəaliyyəti nəticəsində xx əsrin sonlarında Azərbaycan Bayrağının əbədi dalğalanması mərhələsi başlanılmışdır. Dövlət Bayrağı Gününün təntənəli şəkildə – Milli Bayram səviyyəsində qeyd olunması çox vacibdir. Geosiyasi və geomədəni proseslərin episentrində dayanan Azərbaycan dövlətinin suverenliyinin və müstəqilliyinin möhkəmlənməsi nəinki dövlətimiz və xalqımız üçün, eləcə də region vacib əhəmiyyətli hadisədir.
Tədbirdə institut əməkdaşları və aspirantlar Bayraq Bayrağı Gününün milli bayram səviyyəsində qeyd olunmasının əhəmiyyəti barədə fikirlərini söyləmişlər.