Rövşən Axundov AMEA-nın Təcrübə-Sənaye zavodunun direktor müavini təyin edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, AMEA-nın Təcrübə-Sənaye Zavodunun direktor müavini vəzifəsinə Rövşən Axundov təyin edilib.
Qeyd edək ki, Rövşən Hüseyn oğlu Axundov 21 iyul 1961-ci ildə anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Türkiyə Respublikasının “Şerifoğlu” kimya və qablaşdırma şirkətinin Azərbaycan üzrə nümayəndəsidir.