AMEA-da yeni şöbə yaradıldı

AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsi yaradılıb.

Xalq.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, şöbənin müdiri vəzifəsinə Fariz İmranov təyin edilib.