Ana dilimizə Heydər Əliyev sevgisi

XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Tarix boyu Azərbaycanın dahi oğulları Azərbaycan dilinin keşiyində, müdafiəsində mətanətlə dayandı, onun təəssübünü çəkdi, şərəfini, şöhrətini, halal haqqını, hüquqlarını hünərlə qorudu. Bu baxımdan, Azərbaycan dilinə Heydər Əliyev sevgisi bütün dövrlərə, bütün zamanlara örnək ola bilər.

AzərbaycandilininkeşiyindədurmaqHeydərƏliyevinhəyatfəaliyyətinəçevrilmişdi. Azərbaycan dilinə yüz illərin, min illərin Qorqud və Füzulilər sevgisini, qayğısını Heydər Əliyev şərəflə, müdrik uzaqgörənliklə davam və inkişaf etdirdi.

HeydərƏliyevinAzərbaycanauzunmüddətlirəhbərliyininənsanballıgöstəricisi azərbaycançılıqməfkurəsininvəmilliruhunhədsizyüksəlişi,milliözünüdərkinkeçmişinbuxovlarındanazadolunması,xalqınqanyaddaşınınözünəqaytarılmasıkimifundamentalprinsiplərəsasındamillidövlətçilikarzularınınvəhissləriningüclənməsinə, realsiyasiamiləçevrilməsinənailolunmasıdır.

Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Respublikanın rəhbəri seçilən Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. Heydər Əliyev dünyaya gəldiyi torpağa, ana dilinə, xalq danışıq dilinin incəliklərinə, özünəməxsus mülayimliyinə, səmimiyyətinə, eyni zamanda, sərt məntiqinə məhəbbətlə böyümüş bir azərbaycanlı kimi həmin dilin daşıdığı psixoloji gücü, mənəvi enerjini mənimsəmişdi. Rus dilini nə qədər gözəl öyrənib, həmin dildə ölkənin tanınmış ictimai-siyasi xadimlərinin belə qibtə etdikləri bir səviyyədə danışsa, nitqlər söyləsə, məruzələr etsə də, doğma Azərbaycan dilinin cazibəsindən heç zaman qopmamışdı.
Məhz buna görə 70-ci illərin ikinci yarısında Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən Heydər Əliyev yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Yalnız bu işarədən sonra yaradıcılıq ittifaqları hərəkətə gəlmiş və Moskvanın, imperiya strukturlarının ciddi, ardıcıl müqavimətini qırmaq mümkün olmuşdu. Cəmiyyətdən gizlədilən bu mübarizədə o vaxtkı SSRİ rəhbərliyi dəfələrlə Heydər Əliyevi öz sərt mövqeyindən çəkindirməyə çalışsa da, nəticədə Heydər Əliyev iradəsi, Heydər Əliyev cəsarəti qalib gəldi: Konstitusiyada 73-cü maddə – “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu, tarixi fakta çevrildi.

70-ci illər Azərbaycan dili və milli dilçilik elmimizlə bağlı itirilənlərin bərpası, səhvlərin, saxtakarlıqların düzəlişi dövrü oldu. Milli-mənəvi mühitin, elmi, ədəbi, mədəni iqlimin dərin zəkalı, ideoloq, analitik qüdrəti ilə, Heydər Əliyevə məxsus müdrik uzaqgörənliklə proqnozlaşdırılması, əsas inkişaf meyillərinin müəyyənləşdirilib səfərbər edilməsi ciddi yüksəlişə təkan verdi. Əslində, 30-cu illərdə Azərbaycanda qadağan edilən, arzu olunmaz “qara sahə” adlandırılan türkologiya 70-ci illərdə əsaslı inkişaf dövrünə qədəm qoydu.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edirdi. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir

Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici mövqe, aparıcı yer tutur. Təkcə yaşanılan dövrü, müasir mərhələni yox, Azərbaycan ədəbiyyat və mədəniyyətinin bütöv milli mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq, söykənərək, böyük perspektivlərə istiqamətlənib. Müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının, qanunauyğun bədii şüur hərəkətinin bərpası, nəticədə dilin daxili enerjisinin min illər boyu yığılan etnogenetik, ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən biridir.

 

 

Əminə Ağazadə,

Milli Məclisin deputat