Ana övladına görə qanunu pozdu (FOTO)

Tel

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

XALQ.AZ-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhrum edilmiş məhkum Hikmət Həsən oğlu Feyzitevin yanına qısamüddətli görüşə gəlmiş anası, Şirvan şəhəri, M.Əsədov küç. 7 ünvanında yaşayan vətəndaş Dünyaxanım Hidayət qızı Feyziyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zaman onun əl çantasının içərisində gizlədilmiş 1 ədəd “KENEKSİ” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qedy edək ki, Hikmət Feyzitevin Cinayət Məcəlləsinin 170.3; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Tel