ANAMA vətəndaşlara müraciət etdi

“Uşaqlardan xahiş edirik ki, hər hansı mərmi görsələr, mütləq valideynlərinə müraciət etsinlər, tanımadıqları obyekti toxunmasınlar. Həmçinin sakinlər də tanımadıqları obyekti gördükdə lazımi qurumlara məlumat versinlər”.

XALQ.AZ-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyytalar üzrə meneceri Elnur Qasımov deyib.

“Tapıntıların çoxu otlaq sahələrdə olur, mütləq onlara toxunmayın”, – o qeyd edib.