Anar Məmmədov ziyalılarla görüş keçirdi

Milli Məclisin deputatı Anar Məmmədov YAP Goranboy rayon təşkilatının inzibati binasında ziyalılarla görüş keçirib.

İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Daha sonra millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Həmçinin millət vəkili rayonun ziyalıları – zəngin həyat və iş təcrübəsi, əhali arasında hörmətə malik şəxslərlə görüşməyin çox xoş olduğunu bildirərək qeyd edib ki, fikir mübadiləsi etmək, məsləhət və təkliflərini öyrənmək işimizə ancaq müsbət təsir göstərəcək.

Tədbirdə çıxış edən ziyalılar da ölkəmizdə və Goranboy rayonunda görülən bütün işlərə görə ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.