Anası Sevdanı danışdırmır – Geyiminə görə Video

Müğənni Sevda Yahyayeva yeni fotosessiyasından danışıb.

XALQ.AZ xəbər verir ki, ifaçı “Show məkan” verilişinə açıqlamasında bildirib ki, anası ondan küsüb: “Yeni fotosessiyama görə anam bir neçə gün mənimlə danışmadı. Mən də anama başa saldım ki, bu obrazdır. Adi həyatda mən belə gəzmirəm.

Fikirləşdim ki, bir obraz yaraşırsa, vulqar görsənmirsə, niyə də olmasın. Amma yeni şəkillərimin bir neçəsini sosial şəbəkədəki səhifəmdə paylaşmadım. Çünki anam məndən küsmüşdü”.

 

 

Orxan