Antalyada dəhşətli yol qəzası:13 ölü

Antalya

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə Antalya-İsparta yolunda baş verib.

Avtobusun aşaraq çaya düşməsi nəticəsində 13 nəfər ölüb, 31 nəfər xəsarət alıb. Yaralılardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.

Səhər saat 05.45 radələrində baş verən qəzanın səbəbi kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Yaralılar İspanta, Bucak və Antalya xəstəxanalarına yerləşdirilib.

Sərnişinlər arasında əcnəbi turistlər olmayıb.