Aprelin 9-na olan teledərslərin cədvəli – Foto

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 9-u üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Bu barədə XALQ.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi Yutub kanalı ilə yanaşı, Feysbuk səhifəsindən, eyni zamanda, “Təhsil” televiziyasının Feysbuk səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından izləmək imkanı əldə edə bilərlər.