Aqiyə Naxçıvanlı qəbul keçirib

 

Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Milli Məclisdə vətəndaşları qəbul edib.

XALQ.AZ-ın məlumatına görə, Millət vəkili qəbula gələn vətəndaşları dinləyib. Onları narahat edən məsələlərin bəzilərini yerindəcə həll edib, digər vətəndaşların müraciətlərini isə baxılması üçün aidiyyəti təşkilatlara göndəriləcəyini bildirib.

Vətəndaşların müraciətləri əsasən ailə-məişət və digər sosial məsələlərindən  ibarət olub.