Uşaqlar üçün təhlükəli qidalar marketlər niyə satılır?“AQTA hara baxır?” – Şikayət-Fotofakt

“Araz Supermarket”lər 90 faiz ölkənin qadağan etdiyi tərkibə malik uşaqlar üçün çərəzlərin sifarişi və satışı ilə məşğuldur.

XALQ.AZ  xəbər verir ki, bu faktı vətəndaş Nəriman Abbasov üzə çıxarıb. O bildirib ki, uşaqlar üçün nəzərdə tutulan bu çərəzin tərkibindəki maddə olduqca zərərlidir, buna baxmayaraq “Araz supermarket”lər bu çərəzlərdən həm sifariş verir, həm də satışını həyata keçirir:

“”Tac corn” olan qarğıdalı çubuqları “SR Trade” MMC tərəfindən istehsal olunur və “Araz supermarket” MMC tərəfindən sifariş olunur. Tərkibində E110 maddəsi var, hansı ki, dünyanın demək olar ki, 90% ölkələrində qadağandır.
Google-da axtarıb fəsadlarını görə bilərsiniz, heç bura yazmaq da istəmirəm, çünki xromosomların mutasiyasına belə gətirib çıxara bilər. Niyə bu istifadə olunur və AQTA hara baxır?”.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.