Arif Quliyev vəziyyəti pişləşdi-Təcili xəstəxanaya aparıldı

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.

XALQ.AZ xəbər verir ki, bu barədə APA-ya onun oğlu Rövşən Quliyev bildirib.

O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib: “Hazırda vəziyyəti çox pisdir,  süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.