Arvadını qaytarmaq üçün qaynanasını girov götürdü

2

Rusiyada 25 yaşlı gənc keçmiş həyat yoldaşını geri qaytarmaq üçün maraqlı üsula əl atıb.

XALQ.AZ-ın məlumatına görə, Volqoqradda gənc ailəsini yenidən bərpa etmək üçün keçmiş qaynanasını girov götürüb.

Belə ki, gənc pəncərdən keçmiş qaynanasının otağına daxil olub. Qaynanasını stula bağlayan gənc keçmiş arvadına zəng edib və onun anasını girov götürdüyünü deyib. Qadından geri qayıtmağı xahiş edib.

Qadın isə dərhal polisə xəbər verib və hadisə yerinə gələn polislər gənci tutub. İndi həmin oğlanı 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir.