Arvadının borcuna görə intihar etdi

Bogulan

Göyçayda itkin düşən 45 yaşlı kişinin intihar etdiyi guman edilir.

Aprel ayının 8-də Göyçay rayonunda yaşayan 1969-cu il təvəllüdlü Sərdar Xanlar oğlu Abdullayev müəmmalı şəkildə yoxa çıxıb. Bu barədə polisə məlumat verilsə də, onun barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Bu gün səhər saatlarında Sərdar Abdullayevin yaxınları Şirvan kanalının Göyçay ərazisindən keçən hissəsində onun paltarını tapıblar. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Onun meyidi axtarılır.

Sərdar Abdullayevin atası Xanlar Abdullayev ANS PRESS-in bölgə müxbirinə açıqlamasında bildirib ki, oğlu tez-tez intihara cəhd edib. O, həyatdan bezdiyini deyirmiş. Bunun səbəbini isə borclu olması il əlaqələndirib.

Xanlar Abdullayevin sözlərinə görə, oğlunun həyat yoldaşı bahalı paltar və digər əşyalar alaraq, Sərdarı borca salıb. Bu səbəbdən hər gün oğlunun qapısını döyüb, pulları geri istəyirmişlər. Sərdar Abdullayev də imkansız olduğundan borcunu qaytara bilmirmiş. Ata güman edir ki, oğlu özünü suda boğub.

Hazırda Sərdar Abdullayevin axtarışları davam edir.