“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  tərəfindən  “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi məqsədi ilə sistem yaradılıb, mobil tətbiq istifadəyə verilib.

“ASAN xidmət”dən XALQ.AZ -a verilən məlumata görə, “ASAN müraciət” informasiya sistemi pilot layihə kimi Sumqayıt şəhərində istifadəyə verilib. Sumqayıt şəhər sakinləri bu sistemin imkanlarından yararlana bilirlər. Sistem qısa müddətdə ölkə ərazisini əhatə edəcək.

Pilot layihədə icraçı təşkilat qismində doqquz qurum iştirak edir:Sumqayıt Şəhər İcra Hakimiyyəti”Azəriqaz” İstehsalat Birliyi”Azərişıq” Açıq Səhmdar Cəmiyyəti”Azərsu” Açıq Səhmdar Cəmiyyəti“Azəristiliktəchizat” Açıq Səhmdar CəmiyyətiAzərbaycan Avtomobil Yolları Dövlət AgentliyiAzərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər NazirliyiAzərbaycan Respublikasının Fövqəladə Hallar NazirliyiAzərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Mobil tətbiqi “Android” və “iOS” əməliyyat sistemlərindən yükləmək mümkündür:

“Android”:  https://play.google.com/store/apps/details?id=az.asan.asanapply

“iOS”: https://apps.apple.com/us/app/asan-m%C3%BCraci%C9%99t/id1561571608

Videoçarxlara keçid:

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılması tapşırığı verilib.