Asif Zeynalov koronavirusla mübarizənin ön cərgəsində -FOTO

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının kapitanı Asif Zeynalov koronavirusla mübarizəyə qoşulub.

XALQ.AZ xəbər verir ki, bu barədə AFFA-nın rəsmi “Facebook” səhifəsi xəbər yayıb.

“Çimərlik futbolu üzrə milli komandamızın kapitanı Asif Zeynalovun timsalında “Covid-19″-la mübarizədə canlı sipər olan bütün görünməz qəhrəmanlara təşəkkür edirik!”, – paylaşımda qeyd olunub.

Federasiyanın Mətbuat xidmətindən aldığımız məlumata görə, həm də Fövqəladə Hallar Nazirliyində xilasedici işləyən 37 yaşlı yarımmüdafiəçi karantində olan insanların təcrid rejiminə əməl etmələrinə nəzarət edir.

XALQ.AZ