Astara Gömrük İdarəsinə yeni rəhbər təyin olunub

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinə yeni rəhbər təyin olunub.
Bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Astara Gömrük İdarəsinin sədri vəzifəsinin müvəqqəti icrası sözügedən İdarənin rəis müavini Kazımov Samir Hadı oğluna tapşırılıb.