Astarada 3 yaşlı uşaq qır quyusuna

1

Bu gün saat 11:00 radələrində Astara rayonunda dəhşətli faciə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Ədalət Hekayət oğlu Babazadə nənəsi ilə xəstəxanaya gəlib. Uşaq qadının gözündən yayınıb və xəstəxananın həyətindəki qır quyusuna yıxılıb. Uşaq hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə gələn Astara Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları Ədalət Babazadənin meyitini quyudan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.