Astarada şəhid ailələri ziyarət edilib-Fotolar

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində TEKFEN İNŞAAT və TƏSİSAT A.Ş-nin hər tərəfli köməkliyi ilə iyirmi beşinci yardım aksiyası olaraq Astara rayonunu əhatə edən bütün şəhid ailələrinin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib.

XALQ.AZ xəbər verir ki, Ramil Həsən bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, TEKFEN İNŞAAT və TƏSİSAT A.Ş Bakı ofisinin müdiri Barış Altıparmağa, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hər tərəfli şərait yaradan, ev sahibliyi edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və 77 saylı Astara seçki dairəsindən Milli Məclisin deputatı Rəşad Mahmudova xüsusi təşəkkürünü bildirib.

XALQ.AZ