Astarada şəhid ailələri ziyarət olundu

Millət Vəkili Rəşad Mahmudov İkinci Qarabağ müharibəsində şəhid olmuş Babazadə Məhəmməd Cavanşir oğlunun anım günündə iştirak edib.

Daha sonra deputat Rəşad Mahmudov Astara rayon Ərçivan kəndinin Şəhidi Ruslan Əliyev Aslan oğlu, Bağırzadə Sadiq Şahin oğlunun, Məmmədov Elkiyar Abdulla oğlunun və Astara şəhərinin Şəhidi Rəhimov Nurlan Əlövsət oğlununailə üzvlərini ziyarət edərək, baş sağlığı verib.

Bütün şəhid ailələrinin qarşısında baş əyirik!

Allah şəhidlərimizə rəhmət eləsin.