Astaralılar Qurban bayramının qeyd etmişlər

 

88

Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı Astara rayonunda böyük sevinclə qeyd edilmişdir.Xalq.az  xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə çıxış edənlər hər il dövlət səviyyəsində qeyd olunan Qurban bayramının insanlar arasında milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrildiyini diqqətə çatdırmışlar.
Bayram günü rayon icra hakimiyyətinin təşəbbüsü ilə 1300 nəfər Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi əlillərinə, şəhid, məcburi köçkün və aztəminatlı ailələrə Qurban payı verilmişdir.