Atəşfəşanlıq olacaq

68

 

Bakı şəhər İcra Hakimiyyəti iyulun 14-də saat 21:00-da Milli Parkda bayram konserti və atəşfəşanlıq keçirəcək.

Bu barədə  Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Konsert proqramı və atəşfəşanlıq Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 45-ci ildönümü münasibətilə təşkil olunacaq.

Tədbir Milli Parkda Saat qülləsinin yanında keçiriləcək.