“Atəşgah Həyat” məhkəməyə verildi

Vətəndaş Nağdalıyev Nail İmran oğlu “Atəşgah Həyat” sığorta şirkəti ASC ilə bağlı məhkəməyə müraciət edib.

Bu barədə vətəndaş Nəsimi Rayon Məhkəməsinə üz tutub.

Belə ki, N.Nağdalıyev əmək münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Nail Abbasovun sədrliyi ilə araşdırılır.

Məhkəmənin ilkin növbəti iclası iyunun 20-nə təyin edilib.