Atəşkəs elan edildi – beş saatlıq

Qəzza zolağının cənub bölgələrində beş saat davam edəcək atəşkəs rejimi tətbiq edilib.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu addım əcnəbi vətəndaşların anklavı tərk edə bilməsini təmin etmək, həmçinin Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır.
“Atəşkəs yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10.00-da) qüvvəyə minəcək. Münaqişə tərəfləri onun tətbiqinin zəruriliyi barədə razılığa gəliblər”, – məlumatda qeyd edilib.
“Əl-Ərəbiyyə”nin qeyd etdiyi kimi, Qəzza ilə Misir arasındakı sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsində ən azı 100 yardım maşını toplanıb və humanitar dəhlizin açılmasını gözləyir.