Ata oğlunu bıçaqladı

Xacmaz

Bu gün Xaçmaz rayonunda ata oğlunu bıçaqlayıb.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Hacıməmməd-oba kəndində baş verib.

Belə ki, Rasim Məmmədov oğlu Kamranın evinə qonaq gedib. Kişi oğlunun evində olarkən oğlunu bıçaqlayıb. Ağır yaralanan Kamran Məmmədov xəstəxanaya yerləşdirilib.

Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilir.

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.