Atatürk prospekti bağlanacaq

Ataturk

Bu gün Atatürk prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Atatürk prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Azadlıq prospekti, Aşıq Molla Cüma və Əhməd Rəcəbli küçələrindən istifadə etmələri tövsiyə olunur.