“Attila” Qırğızıstan Teatrında səhnəyə qoyulur
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Attila” pyesi Qırğızıstanın Oş şəhərində Babul Dram Teatrında səhnəyə qoyulur.
Artıq tamaşanın məşqləri başlayıb.
Qeyd edək ki, “Attila” pyesində 434-453-cü illərdə dünyaya meydan oxuyan Hun imperatorluğunun hökmdarı, Asiyada Volqa çayından, Avropada Reyn çayınadək böyük bir ərazidə xalqları özünə tabe etdirməyi bacarmış böyük dövlət adamı Attiladan bəhs edilir.