Attraksionda ölən uşaq məşhur rejissorun qızı imiş

Rejisor

Bu gün Qobustanda atraksionun aşması nəticəsində həlak olan 10 yaşlı Dəniz adlı qız məşhur rejissor Tərlan Qorçunun qızı imiş. Bu barədə məlumat Tərlan Qorçunun ailəsindən verilib. Qeyd edək ki, Tərlan Qorçu Marionet Teatrının rejissorudur.

Xatırladaq ki, bu gün Azərbaycanın Qobustan rayonunda faciəli hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə Qobustan rayonunun “Bağ-bağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi attraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdi – 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.