ATV-də qalmaqal

67

 

Azad Azərbaycan” telekanalının bir neçə əməkdaşı işdən çıxıb. 

 

XALQ.AZ show.az-a istinadən xəbər verir ki, buna səbəb “ATV”–də baş dekorçu vəzifəsində çalışan Elxan Novruzovun kanalla yollarını ayırması olub. Bildirilir ki, Elxana şəxsi avtomobilini, ATV-nin həyətində park etməyə icazə verilmir və onun iş otağı əlindən alınıb. Baş dekorçuya qarşı olan münasibətə etirazlarını bildirən digər dekorçular qrupu da kanalı tərk edib.

Həmin işçilərin telekanal rəhbərliyinin daha yüksək maaş söz verməsinə baxmayaraq, işə qayıtmaq istəmədiyi də bildirilir.

Qeyd edık ki, Elxan Novruzov xəbəri təsdiqləyib.